Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Tarix: 27 Yanvar 2021 17:50

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

ETSN-dən Milli.Az-a daxil olan xəbərdarlığa görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-i axşamdan 29-u gündüzədək şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Yanvarın 28-i axşamdan 29-u gündüzədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 20-25 m/s-dək güclənəcəyi, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ


RƏYLƏR