Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 08:10
Türkiyənin "Fənərbaxça" klubu daha bir futbolçunun transferini açıqlayıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Brayt-Osayi Samuel İstanbul təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.
İngiltərəli yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra "sarı-lacivərdlilər"lə 4,5 illik müqaviləyə qol çəkib. "Fənər" Nigeriya əsilli 23 yaşlı oyunçunu "Kuinz Park Reyncers"dən alıb.
Qeyd edək ki, "Fənərbaxça" qış transfer dönəmində Məsut Özil və Attila Şalayı da heyətinə qatıb.