Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 11:12
Rusiyadakı etiraz aksiyaları haqda feyklərin yayılması ilə əlaqədar ABŞ-ın Moskvadakı səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Təxribat xarakterli kontentin sistemli şəkildə tirajlandığı Amerika rəqəmsal platformalarında Rusiya haqqında feyklərin kütləvi şəkildə yayımlanması, öz növbəsində, bu məlumatların ABŞ-ın Moskvadakı səfirliyi tərəfindən də koordinasiyalı şəkildə yayılması qeydə alınıb", - qurumda qeyd ediblər.
Etiraz notasında bildirilir ki, Rusiya tərəfi cavab addımları atmaq hüququnu özündə saxlayır.