Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsrin Cavadzadə''Yasak Elma''dan ayrılır?

Nəsrin Cavadzadə''Yasak Elma''dan ayrılır?

Tarix: 28 Yanvar 2021 14:00

Baş rollarında Eda Ece, Nəsrin Cavadzadə və Şevval Samın çıxış etdiyi "Yasak Elma" serialı son günlər türk mətbuatının gündəmindədir.

Sonxeber.net open.az-a istinadla xəbər verir ki, ötən həftə ekrana gələn bölümdə yayınlanan yataq səhnəsi ilə tənqid hədəfinə tuş gələn serialdan növbəti xəbər gəlib. Belə ki, "Şahika" rolunun ifaçısı, aktrisa Nəsrin Cavadzadənin serialdan ayrılacağı deyilir.

"Yasak Elma"nın 96-cı bölümündə Hasan Ali Kuyumcunun əlindən şalğam suyu içən Şahikanın öldüyü və bu səbəblə də serialdan ayrılacağı iddia edilir.

Yayılan digər xəbərlərə görə, Nəsrin Cavadzadənin rol aldığı Netlix'tə yayınlanan "Bir Başkadır" serialındakı söyüş səhnəsinin "Yasak Elma"nın yapımcısı Fatih Aksoyu narahat etdiyi və bu səbəbdən də aktrisa ilə yolları ayırdığı söylənilir.


Etiketlər:  Nəsrin CavadzadəYasak Elmadan ayrılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ