Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 18:08
Bakı. Orxan Nəbiyev - Trend:
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının 2021-ci ildə ilk iclası başlayıb.
Trend-in məlumatına görə, iclasda türkiyəli hərbçilərin Azərbaycandakı fəaliyyəti və Rusiya ilə birgə atəşkəsə nəzarət mexanizmi müzakirə mövzusu olacaq.
Bundan başqa, iclas zamanı Türkiyə ilə Yunanıstan arasındakı Şərqi Aralıq dənizi məsələsi, Türkiyə ordusunun Liviyada və Suriyada fəaliyyəti və Şimali İraqda terrorla mübarizə məsələləri müzakirə mövzusu olacaq.