Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Türkiyədə səfərdə olub - FOTO

Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Türkiyədə səfərdə olub - FOTO

Tarix: 28 Yanvar 2021 18:26

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti "Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları" toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib, məzar önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.


Etiketlər:  Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Türkiyədə səfərdə olub FOTO


RƏYLƏR