Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi oyundan sonra 20 dəqiqə meydanda qaldı

Messi oyundan sonra 20 dəqiqə meydanda qaldı

Tarix: 28 Yanvar 2021 18:58

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya Kubokunda "Rayo Valyekano" ilə matçdan (2:1) sonra meydanı tez tərk etməyib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, matçdan sonra demək olar ki, komandanın bütün futbolçuları tələsik paltardəyişmə otağına gediblər, argentinalı hücumçu isə stadionda qalıb.

33 yaşlı oyunçunun ən az 20 dəqiqə meydanda qaldığı və arenanın işçiləri ilə yaxından ünsiyyət qurduğu və onlarla söhbət etdi bildirilib. Bundan əlavə, o, hər kəslə şəkil çəkdirib.

Messi tuneldən paltardəyişmə otağına getməyib, tribunalara qalxaraq birbaşa avtobusa yollanıb.


Etiketlər:  Messi oyundan sonra dəqiqə meydanda qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ