Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mütəxəssislər zibilliyə atılan smartfonların ümumi dəyərini hesablayıblar

Mütəxəssislər zibilliyə atılan smartfonların ümumi dəyərini hesablayıblar

Tarix: 28 Yanvar 2021 22:24

Statistikaya əsasən hər il 150 milyona yaxın mobil telefon tullantıya çevrilir. Bu isə milyardlarla dollar itki ilə yanaşı həmçinin ətraf mühitə ciddi şəkildə zərər vuran zəhərli tullantılar deməkdir. Bu barədə 4pda saytı xəbər verib. Təkcə Böyük Britaniyada zibilliyə atılmış smartfonların saylarını hesablasaq, bu, 9 milyard dollardan çox gəlirin itirilməsi deməkdir. Bununla belə istifadəçilərin əksəriyyəti öz cihazlarını emal etmək əvəzinə onları birbaşa zibilliyə atırlar. Təkcə İngiltərədə 4.7 milyon insan məhz bu cür edir. Onlardan çoxu istifadə olunmayan cihazların hansı qiymətə olduqlarını təsəvvür etmirlər.

Bu məsələdə qənaətçil olan şəxslər isə istifadə olunmayan cihazları sadəcə olaraq evlərində saxlayırlar. Maraqlısı ondadır ki, köhnə smartfonların dəyişdirilməsi üzrə fəaliyyət göstərən xidmətlər köhnə smartfonlar üzərindən vəsait qazanmağa çalışan insanların sorğularını qane etmirlər. Məsələn yeni smartfon alışında köhnə cihazını vermiş alıcıların 25%-i yetəri qədər vəsait əldə etmədiklərini düşünərək özünü aldadılmış hesab edir. Bir şey məlumdur ki, bu mövzu üzrə qurulmuş sistem düzgün çalışmır.

Belə ki, hər il zibbilyə atılmış çoxlu sayda elektron cihazla birlikdə 62.5 milyard dollar da itir.
    Onlardan yalnız 18%-i bu və ya digər üsul ilə emal edilir. Mütəxəssislərin sözlərinə əsasən bu problemi bir neçə yol ilə həll etmək olar. Məsələn bir sıra ölkələrdə bərpa edilmiş telefonlar bazarı mövcuddur. Adi emal prosesi də effektivdir. Tədqiqata əsasən bütün dünya üzrə elektron tullantıların tərkibində olan qızıl miqdarı il ərzində qızıl yataqlarından əldə olunan qızıl miqdarının 11%-ni təşkil edir. Maraqlısı ondadır ki, yataqlarda tonlarla daşlardan sadəcə 5 qram qızıl əldə olunur. Lakin zibilliyə atılmış tonlarla smartfonlardan 200 qram qızıl əldə etmək olar. Qızıldan əlavə olaraq bu cür tullantılardan 100 kq mis və 3 kq gümüş əldə etmək mümkündür. Təəssüflər olsun ki, bütün bunların çox hissəsi hələki zibiliiyə göndərilir və zəhərli elektron tullantıların illik miqdarı 100 milyon tona çatır.


Etiketlər:  Mütəxəssislər zibilliyə atılan smartfonların ümumi dəyərini hesablayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ