Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samsung çip istehsalını artırır

Samsung çip istehsalını artırır

Tarix: 28 Yanvar 2021 23:48

Samsung şirkəti çip istehsalı üçün yeni müəssisə quracağını bildirib. Bloomberg-in hesabatına görə, texnologiya nəhəngi Austində ən qabaqcıl çip istehsalını nail olmaq istəyir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət istehsal üçün 10 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır. Samsung-un bu sərmayə ilə daha çox amerikalı müştəri qazanmağı və digər çip istehsalçısı TSMC ilə rəqabəti hədəflədiyi bildirilir.

Müəssisəsinin gələcəkdə 3 nanometrə qədər inkişaf etmiş çip istehsal etməsi planlaşdırılır.  Şirkət gələn ildən böyük avadanlıq quraşdırmaq və 2023-cü ildə müəssisədə çip istehsalına başlamaq istəyir.

Bundan əlavə, texnologiya istehsalçısı önümüzdəki on il ərzində çip sənayesinə 116 milyard dollar investisiya yatıra bilər.


Etiketlər:  Samsung çip istehsalını artırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ