Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qiymət artımı müşahidə edirsiniz? - VİDEOSORĞU

Qiymət artımı müşahidə edirsiniz? - VİDEOSORĞU

Tarix: 29 Yanvar 2021 13:48

Azərbaycanda Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə yeni tariflər 5 yanvardan etibarən qüvvədədir.

Nazirlik tərəfindən sahibkarlara xəbərdarlıqda bildirilirdi ki, tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməməlidir və qanun pozuntusu aşkar edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.

Eyni zamanda, nazirlikdən bildirilirdi ki, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsirini nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar da artırılacaq.

Milli.Az xəbər verir ki, Azərbaycanın ilk biznes-xəbər kanalı ARB24-ün "İş vaxtı" verilişi çərçivəsində şəhər əhalisi arasında "son günlərdə qiymət artımını müşahidə etmisinizmi?" sualı ətrafında videosorğu aparılıb.

Həmin videosorğunu izləyicilərimiz ilə bölüşürük. Siz də sorğuya qoşularaq fikirlərinizi şərh bölməsində bizimlə bölüşə bilərsiniz.

Milli.Az


Etiketlər:  Qiymət artımı müşahidə edirsiniz VİDEOSORĞU


RƏYLƏR