Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meşə yanğınlarının erkən qarşısını alınması üzrə təcrübələr aparılıb

Meşə yanğınlarının erkən qarşısını alınması üzrə təcrübələr aparılıb

Tarix: 30 Yanvar 2021 07:44

Tomsk şəhərinin alimləri çöl yanğınlarının atmosferin meteoroloji parametrlərinə və tərkibindəki müxtəlif birləşmələrə necə təsir etdiyini araşdırıb. Havanın qaz tərkibində nəzərəçarpacaq dəyişiklikləri qeyd etmək mümkün olub. Mütəxəssislər çöl yanğınını gecikmədən aşkarlamaq və söndürmək üçün bu dəyişiklərə diqqət etməyi təklif edib.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, iqlim dəyişikliyi ilə əlaqədar hər il təbiətdə baş verən yeni-yeni yanğınlar barədə xəbərlər yayılır. Nəhəng ərazilər yanmış çöllərə çevrilir, heyvanlar və insanlar həlak olur. Yanma məhsulları (azot, karbon, kükürd və digər oksidləri) və qatı hissəciklər atmosferi çirkləndirir.

"Keçən əsrdə insanlar meşə yanğınlarını öyrənməyin nə qədər vacib olduğunu başa düşdülər. Həqiqətən yanğın baş verən ərazidə hansı proseslərin baş verdiyini anlaya bilsək, bu təhlükəli vəziyyətlərlə mübarizə aparmaq və idarə etməklə yanaşı, bunların hamısını qarşısını ala bilərik'', - deyə layihə rəhbəri bildirib. Mütəxəssislər təcrübə apararaq, ciddi nəzarət altında olan 40 - 15 metrlik kiçik ərazidə süni yanğın törədib. Yanğın zamanı rütubət, temperatur, təzyiq, hava axınları və havadakı müxtəlif maddələrin tərkibi qeyd edilib. Alimlərə bu işdə infraqırmızı termoqraf, ultrasəs hava stansiyaları və xüsusi stansiyada istixana və oksidləşdirici qazları qeyd etmək üçün cihazlar kömək etdi.

Yanğının baş verməsndə amillər çoxdur və kompyuter modelləşdirməsində onları dəqiq şəkildə əldə etmək mümkün deyil. Amillər xarici şəraitdən də aslıdır, statistika toplamaq üçün bir çox məlumatlara ehtiyacınız var. Bundan əlavə, istilik, təbii axınlara xaos gətirir və hava axınları burulğana çevrilir. Bu isə yanğının yeni ərazilərə yayılmasına kömək etməklə yanaşı, atmosfer rejimlərini də pozur - məsələn, yağış buludları dağılır və yanğını söndürə biləcək yağıntılar baş vermir.


Etiketlər:  Meşə yanğınlarının erkən qarşısını alınması üzrə təcrübələr aparılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ