Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiya sərhədlərini bağladı

Çexiya sərhədlərini bağladı

Tarix: 30 Yanvar 2021 10:40

Çexiya hökuməti koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən şənbə günündən bütün xarici dövlətlərin vətəndaşları üçün respublikanın sərhədlərini bağlamaq qərarına gəlib. Onlar ölkəyə yalnız son zərurət yarandıqda daxil ola biləcəklər.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Çexiya radiosu xəbər verib.

Giriş Çexiyada təhsil alan, işləyən və ya respublikada yaşamaq üçün icazəsi olan əcnəbilərə icazə veriləcək. Yaxın qohumlara baş çəkmək, tibbi yardım almaq, həmçinin toy və ya dəfn mərasimlərində iştirak etmək məqsədilə səfərlər istisna təşkil edir. İstisna əhalinin təchizatı məqsədi ilə yüklərin daşınmasını təmin edən böyük yük avtomobillərinin sürücülərinə də şamil edilir.

Bu tədbir fevralın 15-dək davam edəcək.


Etiketlər:  Çexiya sərhədlərini bağladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ