Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı youtuber saxta video çəkdiyinə görə Türkiyədə tutuldu

Azərbaycanlı youtuber saxta video çəkdiyinə görə Türkiyədə tutuldu

Tarix: 30 Yanvar 2021 23:56

Türkiyədə Bakırköy Respublika Baş Prokurorluğu azərbaycanlı youtuber Farizin "Bağcılar'da salfet satan uşaq" adlı saxta videosuna görə istintaq işinə başlayıb.  

Kanalında 523 min abunəçisi olan YouTuber Fariz tərəfindən yayımlanan "Salfet satan uşağın həyatını bir günlüyə dəyişmək"! adlı video sosial mediada yayılıb və yüz minlərlə insan baxıb.

Sözügedən videoda Fariz salfet satan bir oğlanın yanına gedib "Mən heç nə yeməmişəm, qazandığın pulu mənə verə bilərsənmi?" deyir və oğlan cibindəki 10 TL-i vicdanla "götür qardaş" deyərək verirdi.

bağcılarda mendilci çocuk
Video "Bağcılarda salfet satan oğlan" kimi böyük marağa səbəb olmuşdu. Video Bağcılar İcra Hakimiyyətinin də diqqətini çəkdi və uşağın ailəsinə baş çəkildi.

Ailə maddi çətinlik çəkmədiklərini və hadisənin tamamilə uydurma olduğunu bildirdi. YouTuber Farizin ailənin böyük oğlu ilə dost olduqlarını və uşağı əyləncəli bir video çəkmək üçün aldatdıqlarını bildirdilər.  

Rəsmilər video haqqında : "Ortada bir cinayət var. Bu cür videolar son vaxtlar məşhurlaşır və cəmiyyətin vicdanına zərər verirlər. Bu həssas dövrdə insanlar pandemiyadan əziyyət çəkdilər. Bu videoları hazırlayan dostlara səslənirəm, gəlin bunu maddi qazanc çevirməyək".

Bundan əlavə Bakırköy Baş Prokurorluğu videonun bir səhnə olduğu anlaşıldıqdan sonra YouTuber Fariz haqqında istintaq başlatdı. İstintaq çərçivəsində Baş Prokurorluq Fariz B-nin tutulmasına qərar verdi.

Milli.Az


Etiketlər:  Azərbaycanlı youtuber saxta video çəkdiyinə görə Türkiyədə tutuldu


RƏYLƏR