Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Natəvanın yaşadığı sarayı da talan ediblər - FOTO

Ermənilər Natəvanın yaşadığı sarayı da talan ediblər - FOTO

Tarix: 31 Yanvar 2021 14:51

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə Xan qızı Natəvanın yaşadığı sarayda olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, fotoqraf Cavanşirlər nəslinin ermənilər tərəfindən talan edilmiş sarayından fotolar paylaşaraq yazıb:

"Mən Xurşudbanu Natəvanın yaşadığı, şeirlərini yazdığı, Şuşaya su kəməri çəkməyi planlaşdırdığı Sarayda 1992-ci ildə olmuşdum. Onun şeirləri üçün ilhamlandığı pəncərənin qarşısında dayanmışdım.

Cavanşir Xan Sarayı şəhər ermənilər tərəfindən işğal edilənə - 1992-ci ilin mayına qədər ev muzeyi olub. 2020-ci ilin dekabrında mən Şuşaya qayıtdım və dəhşətə gəldim. Muzeyin daxilindəki hər şey talan edilmiş, saray dağıdılmış və həyəti donuz otlağına çevrilmişdi. Nə üçün?"


Etiketlər:  Ermənilər Natəvanın yaşadığı sarayı talan ediblər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ