Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onların azad olunmasına çağırış etmək üçün vicdan hissini itirmiş olmalısan''

''Onların azad olunmasına çağırış etmək üçün vicdan hissini itirmiş olmalısan''

Tarix: 31 Yanvar 2021 16:33

II Qarabağ müharibəsi başa çatandan sonra Ermənistan tərəfindən göndərilmiş 62 nəfərlik terrorçu dəstənin müzəffər ordumuz tərəfindən zərərsizləşdirilməsi bir çox dairələri narahat etməkdədir. Bir sıra xarici dövlətlərin, beynəlxalq təşkilatların, xüsusən də avropalı qurumların verdikləri bəyanatlar hesab edirəm ki, haqsızın yanında yer almaq cəhdi, terrora dəstək vermək niyyətidir.

Bunu Sonxeber.net-a siyasi ekspert Mübariz Göyüşlü bildirib.

Onun sözlərinə görə, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən 7 ilə yaxın müddət ərzində qanunsuz olaraq əsarətdə saxlanılmış və bu vəziyyətə həmin dövlətlər, təşkilatlar biganəlik göstərmişlər. Öz doğma yurd yerlərinə, Kəlbəcərə getdikləri üçün separatçı-cinayətkar rejim tərəfindən azadlıqdan məhrum edilən, əzab-əziyyətlərə məhkum edilən soydaşlarımızla bağlı Avropa, Qərb çox böyük susqunluq göstərmişdi: 

"II Qarabağ müharibəsində Ermənistanın cinayətkar rəhbərliyi tərəfindən dinc insanlarımız, yaşayış məntəqələrimiz raket atəşinə tutulub dağıdılanda da onların əksəriyyəti susdu. İşğalçıya, müharibə canilərinə dur deyən olmadı. Adamda belə bir təəssürat yaranır ki, o qurumlar bizlərə türk-müsəlman olduğumuz üçün ayrı-seçkilik edirlər. Müharibə cinayətlərinə göz yuman, müharibə canilərinin əməllərini görməzdən gələn Qərbin, Rusiyanın bəzi dairələrini, korporativ maraqlara qulluq edən bəzi beynəlxalq təşkilatları biz on illərdir tanıyırıq. Xocalıya, Bağanis-Ayrıma, Qaradağlıya və digər soyqırımlara göz yuman, görməzdən gələnlər təbiidir ki, Gəncənin, Tərtərin, Bərdənin və s. yerlərin raket atəşinə tutulmasına, mülki insanların öldürülməsinə də, uşaq və qadınların yaşadıqları faciələrə də göz yumacaqlar".

M.Göyüşlü hedab edir ki, Avropa İttifaqının sözçüsünün erməni hərbçilərinin azadlığa buraxılması ilə əlaqədar açıqlaması da həmin biganə münasibətin, birtərəfli yanaşmanın, ermənipərəst mövqenin davamı sayıla bilər: "Müharibədən 20 gün keçəndən sonra Azərbaycan ərazisində terror törədən, buna görə bir neçə nəfər hərbiçimizi şəhid edən erməniləri dəstəkləmək, onların azad olunmasına çağırış etmək üçün vicdan hissini itirmiş olmalısan. Şəxsən mən umurdum ki, Avropa İttifaqı kimi demokratik dəyərlərə sadiqliyi ilə seçilən nüfuzlu bir beynəlxalq təşkilat terrorçu-diversant qrupu ölkəmizə göndərənlərin əməllərini, onların terrorçuluq fəaliyyətini pisləyəcək. Daim terrordan, terrorizmdən əziyyət çəkən, buna qarşı qətiyyətli mübarizə aparan Avropanın türk-müsəlman ölkəsində terror hadisəsinə ikili yanaşması onların ədalətini, obyektivliyini şübhə altına alır. 62 nəfər erməni terrorçusu tərəfindən törədilən terror fəaliyyəti nəticəsində azərbaycanlı hərbçilər Turan Əliyev, Rahil Əkbərov, Hacırza Rzayev, Raqib Əzizov həlak olmuş, bir nəfər mülki şəxs Seymur Rzayev ağır yaralanmışdır. Avropa İttifaqının bununla bağlı bəyanat verməsi, terrorçuları, onları bu ərazilərə göndərənləri, dəstəkləyənləri qınaması lazım idi. Hər zaman olduğu kimi əksinə bir durumun şahidi olduq".

Ekpert deyir ki, Azərbaycan dövlətinin təzyiqlərə əhəmiyyət verməyərək 62 nəfər terrorçunun məhkəməsinin keçiriləcəyini və layiqli cəzalarını alacağını bəyan etməsini təqdir edir. Çünki onlar hərbi əsir deyillər, terrorçudurlar. Terrorçulara isə layiq olduqları qiyməti vermək, layiq olduqları cəzaya çatdırmaq lazımdır ki, digərlərinə də dərs olsun: "İndi 30 il əvvəlki vaxt deyil ki, erməni caniləri Xocalıda və başqa yerlərdə soyqırımlar, müharibə cinayətləri, terror aktları törədib cəzadan yayınsınlar. Vəziyyət dəyişib, Azərbaycan dövləti güclənib, ərazi bütövlüyünü təmin edib və burada terror törətmək istəyənlərə sərt münasibətini göstərir. Məscidlərimizi, mədəniyyət ocaqlarımızı dağıdanlara susqunluq göstərən Avropa İttifaqı və digər qurumlar, dövlətlər isə Azərbaycanla diktə diliylə deyil, bərabərhüquqlu tərəfdaş kimi danışmağa öyrəşməlidirlər. Azərbaycan müstəqil dövlətdir. Beynəlxalq hüquqla təsbit olunmuş ərazisinin bütövlüyünü təmin edib. Bundan sonra da bu bütövlüyü pozmaq istəyənlərə, terrorçuluq etməyə çalışanlara sərt cavab veriləcəkdir. Buna hər kəsin alışması və bununla hər kəsin barışması lazımdır".


Etiketlər:  Onların azad olunmasına çağırış etmək üçün vicdan hissini itirmiş olmalısan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ