Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2021 23:00
Böyük Britaniya, Asiya-Sakit okean sərbəst ticarət bloku üzvlüyünə qoşulmaq üçün müraciət edəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Britaniya 11 Asiya və Sakit okean ölkələrindən ibarət olan azad ticarət sahəsinə qoşulmaq üçün bu ilin sonlarına doğru danışıqlara başlayacaq.
Hökumət Avstraliya, Bruney, Kanada, Çili, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur və Vyetnamın daxil olduğu bloka üzv olmaqla qida və içki məhsullarına həmçinin avtomobillərə tətbiq olunan tariflərin qaldıracağını, eyni zamanda texnologiya və xidmətlər sektorunu inkişaf etdirməyə kömək olacağını açıqlayıb.
Ticarət naziri, bazar ertəsi günü Yaponiyada və Yeni Zelandiyadakı həmkarları ilə rəsmi olaraq Asiya-Sakit okean sərbəst ticarət blokuna qoşulma haqqında rəsmi tələbi ilə çıxış edəcək.
Qeyd edək ki, blok 2018-ci ildə qurulub və əsas məqsədi üzv ölkələr arasında ticarət tariflərini azaltmaqdır.