Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspert Qarabağdan Rusiya qoşunlarının çıxarmağın yollarını göstərdi

Ekspert Qarabağdan Rusiya qoşunlarının çıxarmağın yollarını göstərdi

Tarix: 1 Fevral 2021 14:21

10 Noyabr bəyanatından sonra Qarabağda yeni mərhələ başlayıb. Bu mərhələnin məqsədi o biri ərazimizi də nəzarət altına almaq və Rusiya sülhməramlılarının razılaşmaya uyğun davranaraq ən qısa vaxtda Qarabağdan çıxıb getməsinə nail olmaqdır.

Sonxeber.net qaynarinfo-a istinadən xəbər verir ki, bu sözləri siyasi analitik Nazim Cəfərsoy Qarabağ ətrafında baş verən siyasi prosesləri şərh edərkən deyib.
 
Ekspert hesab edir ki, Azərbaycanın Qarabağ məsələsində məqsədinə çatmaq üçün imkanları var:

"Geosiyasi balans səbəbiylə ölkəyə Rusiya sülhməramlıları gəldi və ərazimizin təxminən 3 min kvadratı hələlik nəzarətimizdə deyil. Bunun geosiyasi cəhətdən 3 metodu var:

1. Rusiyaya topyekun təzyiq göstərməyə çalışmaq. Ancaq bunun iki nəticəsi olar: a) Rusiya balans mövqeyindən vaz keçib təkrar ermənilərin ənənəvi müttəfiqi roluna geri dönər. Hazırda ənənəvi erməni yanaşmasının ən çox istədiyi şey budur. Bunun nəticələrinin nə olacağı hamıya tarixi təcrubə ilə məlumdur. b) Azərbaycan Rusiya ilə digər beynəlxalq aktorların sərt güc (hard power) mübarizəsinin meydanına çevrilər. Bunun nümunəsini Gürcüstan, Ukrayna, Suriya yaşayıb və yaşayır.

2.  Azərbaycanın Rusiyanın geosiyasi nüfuz dairəsinin birmənalı üzvünə çevrilmək. Bunun da 200 illik acı tarixi təcrübəsini isə hamımız bilirik.

3. Qlobal, regional, iki tərəfli və Rusiya daxili balansları istifadə edərək strateji ağıl, milli şüur və təmkinlə məqsədimizə çatmaq. Bunu II Qarabag müharibəsində əsasən bacardıq. İndi qalır bunu bir daha etmək".


Etiketlər:  Ekspert Qarabağdan Rusiya qoşunlarının çıxarmağın yollarını göstərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ