Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa ''yaşıl'' energetika faizini artırır

Avropa ''yaşıl'' energetika faizini artırır

Tarix: 1 Fevral 2021 22:16

Macarıstanda qış vaxtı istilik və yay fəslində havanın soyudulması məqsədilə istifadə edilən enerjinin 18 faizindən bir qədər çox hissəsi bərpaolunan enerji mənbələrinin payına düşür.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu rəqəmlər Avropa İttifaqının (Aİ) statistika xidməti tərəfindən aparılmış tədqiqat nəticəsində alınıb. Aİ məkanında bu göstəricinin orta qiyməti 22,1 faizdir. Bu o deməkdir ki, Macarıstan hələ də orta səviyyədən geri qalır və o, orta səviyyəyə çatmalıdır.

Avropada isitmə və soyutma məqsədləri üçün istifadə edilən ən "yaşıl" enerji mənbələri İsveçdə (66,1 faiz), Latviyada (57,8 faiz), Finlandiyada (57,5 faiz) və Estoniyadadır (52,3 faiz).

Onu da qeyd etmək lazımdır ki, son 15 ildə bərpaolunan mənbələrdən isitmə və soyutma məqsədilə alınan enerjinin nisbi payı təqribən iki dəfə artaraq, 11,7 faizdən 22,1 faizə çatıb. Beləliklə, Avropa Komissiyasının direktivi təxminən nəzərdə tutulan vaxtda yerinə yetirilir.


Etiketlər:  Avropa yaşıl energetika faizini artırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ