Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Yunanıstana qarşı

Millimiz Yunanıstana qarşı

Tarix: 2 Fevral 2021 14:04

Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2022-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın komandası səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq.
 
Afinadakı Daiss İdman Sarayında keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Qrupun digər qarşılaşmasında Slovakiya millisi Moldovanı qəbul edəcək.
 
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3. Hazırda Moldova ilə eyni xala (3) malik  millimiz top fərqinə görə birinci pillədə qərarlaşıb.

2 fevral

AÇ-nin seçmə mərhələsi

3-cü qrup
 
20:00. Yunanıstan - Azərbaycan
Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland).
Afina. "Daiss" İdman Sarayı.

Milli.Az


Etiketlər:  Millimiz Yunanıstana qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ