Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvəndsiz qalan avropalılar Rusiya və Çinə üz tuturlar

Peyvəndsiz qalan avropalılar Rusiya və Çinə üz tuturlar

Tarix: 2 Fevral 2021 15:20

Avropa Birliyinin bəzi ölkələri peyvənd tədarükü ilə bağlı müqavilə öhdəliklərinə əməl etməyən şirkətlərə cavab olaraq, Rusiya və ya Çin istehsalı olan vaksinlərə müraciət etməsi, Avropada geniş rezonans doğurmaqdadır. Maraqlıdır ki, vəziyyətin bu həddə çata biləcəyini ehtimal etməyən Avropa Birliyi, Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş hər hansı bir peyvəndi tətbiq etməyə hazır olduğunu bəyan edib.

Sonxeber.net sia.az-a istinadən bildirir ki, Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşrinin yazdığına görə, Amerika və İngiltərəki vaksin istehsal edən şirkətlərin yaıtmaz fəaliyyəti birlik ölkələrini alternativ yollar axtarmağa sövq edib. Bu gün Avropada ən düşündürücü bir sual dolaşır: yaranmış peyvənd qıtlığı ilə əlaqədar nə etməli?

Qeyd edək ki, çıxış yolu olaraq Almaniyanın özündə də istehsalın sürətləndirilməsini təklif edirlər. Nəşrin yazdığına görə, artıq Macarıstan və Çexiya Qərb şirkətlərini gözləmədən, Şərqə- Rusyanın "Sputnik V" və Çinin "Sinofarm"na üz tutublar. Qeyd edək ki, rus nəşrləri deyilənləri təsdiqləyərək, Macarıstanın "Sputnik V"-in ilk partiyasını fevralın ortalarında alacağını təsdiq edib. Avropalı sifarişçilərin daha da artacağını istisna erməyən rus nəşrləri artıq Serbiyanın da peyvənd sifarişi üçün Rusiyaya üz tutmaq niyyətində olduğunu bildiriblər.

Maraqlıdır ki, Rusiyanın "Sputnik V" peyvəndinə artıq Cənubi Amerika ölkələri də maraq göctərməyə başlayıblar. Məsələn, Argentinanın "Ambito Financiero" nəşri Alberto Fernandez hökuməti ilə Rusiya arasında artıq 60 milyonluq dozanın razılaşdırıldığı bildirir.

Hazırda COVİD-19-dan əziyyət çəkən Meksika prezidenti Andres Manuel Lopez Obrador da "Twitter"də rus həmkarı Vladimir Putinə telefon açdığını və ölkəsi üçün 24 milyon dozanin fevral və mart aylarında gətiriləcəyini bildirib. Verilən mlumata görə, Cənubi Amerikanın digər ğlkəlri də artıq "Sputnik V" peyvəndi ilə maraqlanmağa başlayıblar.

Yeri gəlmişkən bildirək ki, koronavirus peyvəndinə qarşı yaranmış problemlərdən bir cox fırıldaqçı işbazlar yararlanmağa çalışırlar. Belə ki, son günlər Çin və İngiltərədə aşkar edilən saxta peyvəndlər bizə bunu deməyə əsas verir.


Etiketlər:  Peyvəndsiz qalan avropalılar Rusiya Çinə tuturlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ