Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2019 00:12
Bakı. Trend:
İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.
Bildirilir ki, tanker lazımi yoxlamalardan keçmək üçün sahilə çəkilib.
"Reuters" agentliyi öz növbəsində bildirib ki, Böyük Britaniya hökumətinin Fövqəladə Komitəsi "COBRA" nef tankerinin saxlanılmasına dair təcili iclas keçirəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin