Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır

Böyük Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır

Tarix: 20 Iyul 2019 01:16

Bakı. Trend:

Böyük Britaniya hökuməti Hörmüz boğazında Birləşmiş Krallığın bayrağı altında üzən növbəti tankerin saxlanılmasından olduqca narahatdır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant deyib.

C.Hant bildirib: "Mən İran hakimiyyəti tərəfindən Hörmüz boğazında iki tankerin saxlanılmasından olduqca narahatam. Yaxın zamanda mən bizə məlum olanları və gələcək addımlarımızı dəyərləndirmək üçün hökumətin fövqəladə komitəsinin iclasında iştirak edəcəyəm".

Xatırladaq ki, ötən gün İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb. Bildirilib ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Böyük Britaniya Hörmüz boğazında tankerin saxlanılmasından olduqca narahatdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ