Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib

Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib

Tarix: 20 Iyul 2019 03:28

Bakı. Trend:

İran Hörmüz boğazında saxladığı Böyük Britaniyaya məxsus "Stena Impero" və "Mesdar" tankerlərini azad etməsə ciddi nəticələrlə üzləşəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın XİN rəhbəri Ceremi Hant "Sky News" telekanalına bildirib.

C.Hant deyib: "Bu, tamamilə qəbuledilməz vəziyyətdir, naviqasiya azadlığı qorunub saxlanmalıdır. Bir neçə dəqiqədən sonra "COBRA" hökumət komitəsinin fövqəladə iclası keçiriləcək. Bizim cavab məntiqli, lakin qətiyyətli olacaq. Biz tamamilə aydın şəkildə anlatmaq istəyirik ki, əgər bu vəziyyət yaxın zamanda həll olunmasa bu, ciddi fəsadlarla nəticələnəcək".

Xatırladaq ki, ötən gün İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb. Bildirilib ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb. Bundan əlavə, İİKK "Mesdar" tankerinin saxlanılması barədə məlumatları təkzib edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Britaniyanın XİN rəhbəri İranı tankerlərin saxlanılmasının nəticələri barədə xəbərdar edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ