Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksin savaşı - Varlı ölkələrin neoimperializm niyyətləri

Vaksin savaşı - Varlı ölkələrin neoimperializm niyyətləri

Tarix: 3 Fevral 2021 13:42

Bakı. Elçin Mehdiyev – Trend:

Artıq bəzi ölkələr neomüstəmləkəçilik, neoimperializm niyyətlərini açıq şəkildə ortaya qoyurlar. Zəngin dövlətlər özlərinə lazım olandan qat-qat artıq miqdarda vaksinlər sifariş edirlər, şirkətlərlə danışığa gedərək gələcəkdə istehsal ediləcək vaksinləri də indidən alırlar.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu cür davranışlar kasıb ölkələrdə vaksin çatışmazlığına gətirib çıxaracaq: “Cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə toxundu və eyni zamanda Kanadanı misal çəkərək bildirdi ki, bu ölkənin əhalisinin 38 milyon olmasına baxmayaraq, 150 milyon dozadan çox vaksin sifariş etməklə 100 milyondan çox insanı vaksinsiz qoymaq istəyir.

Bu da çox böyük ədalətsizlikdir və zəngin ölkələrin öz maddi resurslarından, imkanlarından istifadə edərək kasıb ölkələri daha da özlərindən asılı vəziyyətə salmaq, daha da yoxsullaşdırmaq, onların əhalisini ölüm təhlükəsi qarşısında qoymaq və torpaqlarını, ərazilərini, resurslarını zəbt etmək kimi pis, xəbis niyyətlərindən xəbər verir. Bu da dünyada haqq-ədalətin ən kəskin şəkildə pozulmasıdır”.

M.Quliyev bildirib ki, burada vaksin satan şirkətlər də ədalətli olmalıdır: "Onlar da düşünməlidir ki, onların bu hərəkəti fəaliyyətlərində qara bir ləkə kimi qalmasın”.


Etiketlər:  Vaksin savaşı Varlı ölkələrin neoimperializm niyyətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ