Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaxdakı yanğının İlisu qoruğuna keçməsinin qarşısı alınıb

Qaxdakı yanğının İlisu qoruğuna keçməsinin qarşısı alınıb

Tarix: 20 Iyul 2019 11:40

Bakı. İlhamə İsabalayeva - Trend:

Qax rayonu Xlrsa və Ağyazı kəndləri ərazisində baş verən yanğının İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb.

ETSN-nin departament direktoru Hikmət Əlizadə bildirib ki, Qax rayonu Xlrsa və Ağyazı kəndləri ərazisində kimlərinsə kövşən və biçənəkləri yandirması səbəbindən İlisu Dövlət Təbiət Qoruğunun sərhədləri yaxınlığında baş verən yanğın qoruğun meşə sahəsinə keçə bilərdi və təbiətə böyuk ziyan dəyərdi:

"Buna görə yaxınlıqdakı kəndlərin sakinlərinə, yerli qurumlarımızın əməkdaşlarına, FHN-nin əməkdaşlarına çəkdikləri əziyyətə, göstərdikləri şücaətə görə nazirliyimiz adından minnətdarlıq bildirirəm. Xatırladaq ki, iyulun 19-da İlisu qoruğunun sərhədləri yaxınlığında baş vermiş yanğın ETSN-nin yerli qurumlarının 150 -dək əməkdaşının, yerli sakinlərin, həmçinin FHN-nin yerli yanğın söndürənlərinin səyləri nəticəsində axşam saatlarında tam söndürülüb".


Etiketlər:  Qaxdakı yanğının İlisu qoruğuna keçməsinin qarşısı alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ