Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''dan Ronaldoya yeni təklif

''Yuventus''dan Ronaldoya yeni təklif

Tarix: 4 Fevral 2021 18:10

"Yuventus" hücumçusu Kriştiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırdır.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. Bildirilib ki, Turin klubunun rəhbərliyi portuqaliyalı hücumçunun oyunundan məmnundur. Klub onun 2023-cü ilin yayına qədər hesablanacaq yeni bir müqaviləyə layiq olduğunu düşünür. 35 yaşlı futbolçunun özü də İtaliya klubunda oynamağa davam etmək istəyir.

Qeyd edək ki, Ronaldo 2018-ci ilin yayında "Real"dan 112 milyon avroya Turin təmsilçisinə  keçib. O, bu mövsüm A Seriyasında 16 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə verib. Forvardın "Yuventus" la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.


Etiketlər:  Yuventusdan Ronaldoya yeni təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ