Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 18:30
ARB TV-nin "Həmin Zaur" verlişinin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.
Sonxeber.net xəbər verir ki, Əməkdar artist uşaqlıqdan qalan maraqlı vərdişindən danışıb:
"Hansısa otel otağına girəndə çarpayıların altına, dolabların içinə, pərdənin arxasına baxıram. Bloka girəndə də liftin yanını yoxlayırdım, sonra pilləkənləri qalxırdım. Baxıram ki, birdən adam filan olar. Bəlkə otaqda kimsə gizlənib? Otağı bağlayanda içəridə tək olacam. Kimi çağırsam da məni eşitməyəcək. Arxayın olmaq üçün yoxlayıram".