Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaralılar üçün daha 5 “RGO” ortopedik cihazı Azərbaycana gətirilib (FOTO)

Yaralılar üçün daha 5 “RGO” ortopedik cihazı Azərbaycana gətirilib (FOTO)

Tarix: 5 Fevral 2021 11:24

Bakı. Trend:

“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

Vətəndaşlara Xidmət vəSosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ciddi fiziki travma alan qazilərimizin fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən daha 5 “RGO” ortopedik cihazı ölkəmizə gətirilib və artıq istifadə olunur: "Bu cihaz vasitəsi ilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır.

“YAŞAT” Fondu qazilərimizin müalicəsi tam yekunlaşana qədər onları nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Yaralılar üçün daha 5 “RGO” ortopedik cihazı Azərbaycana gətirilib (FOTO) - Gallery Image Yaralılar üçün daha 5 “RGO” ortopedik cihazı Azərbaycana gətirilib (FOTO) - Gallery Image Yaralılar üçün daha 5 “RGO” ortopedik cihazı Azərbaycana gətirilib (FOTO) - Gallery Image


Etiketlər:  Yaralılar üçün daha 5 RGO ortopedik cihazı Azərbaycana gətirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ