Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 08:50
Türkiyənin Antalya şəhərində dülgər ağac kəsərkən mühərrikli mişarla əlini qoparıb.
DHA xəbər yayır ki, 59 yaşlı Əhməd Əsən adlı şəxs biləkdən qopan əlini götürərək torbaya qoyub və xəstəxanaya gəlib.
Onun sözlərinə görə, bağçasındakı ağacı budayarkən üstünə çıxdığı daş ayağının altından qaçıb.
10 saat davam edən əməliyyat nəticəsində onun əli yerinə tikilib.
"Belə yaralanmalardan sonra xəstəni çox uzun reabilitasiya prosesi gözləyir. Ümumi vəziyyəti və əli çox yaxşıdır, bu da bizi və komandamızı çox xoşbəxt edir", - deyə əməliyyatı aparan həkim Bülent Özgür bildirib.