Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məmuru döyən futbolçuların həbsdən çıxacağı tarix bilindi

Məmuru döyən futbolçuların həbsdən çıxacağı tarix bilindi

Tarix: 20 Iyul 2019 21:52

Hazırda həbsdə olan futbolçular - "Zenit"in hücumçusu Aleksandr Kokorin və "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevin azadlığa çıxacağı tarix müəyyənləşyib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə jurnalist və aparıcı Olqa Skbeyeva "Telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, Mamayev bu il noyabrın 6-da, Kokorin isə dekabrın 7-də həbsdən çıxacaq.

Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.

 


Etiketlər:  Məmuru döyən futbolçuların həbsdən çıxacağı tarix bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ