Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Myanmada Tvitter məhdudlaşdırılıb

Myanmada Tvitter məhdudlaşdırılıb

Tarix: 6 Fevral 2021 14:22

Myanmada Tvitter sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "NetBlocks" monitorinq servisinin məlumatında deyilir.

"Təsdiqləndi: Myanmada bir çox operatorlarda tvitter məhdudlaşdırılıb. Şəbəkə məlumatları real vaxtda təxminən saat 22.00-dan (Bakı vaxtı ilə 19:30) etibarən əlaqənin itirildiyini göstərir", - servisin məlumatında qeyd olunub.

Cümə axşamı günü axşam servis, həmçinin ölkədə feysbukla bağlı məhdudiyyətlər barədə xəbərdarlıq etmişdi. Qeyd edilir ki, bu, ölkədə yaranmış vəziyyətlə və hakimiyyətə gələn hərbçilərin tətbiq etdikləri məhdudiyyətlərlə bağlıdır

Milli.Az


Etiketlər:  Myanmada Tvitter məhdudlaşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ