Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 14:40
ABŞ Prezidenti Co Bayden koronavirusla mübarizə tədbirlərinə 160 milyard dollar, həmçinin Amerikanı bu xəstəlikdən qurtarmaq üçün əhaliyə birdəfəlik ödəmələr üzrə müəyyən vəsait ayıracağını vəd edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib:
"Bu planda nə var? Birincisi, bu plan COVİD-lə milli mübarizə strategiyamıza - peyvəndin hazırlanması, çatdırılması və vaksinasiya sahələrinin yaradılmasına 160 milyard dollar ayrılmasını nəzərdə tutur. Bundan başqa, hökumət ehtiyacı olanlara adambaşına 1400 dollar vermək niyyətindədir.
Həmçinin, müəyyən vəsait qidaya ehtiyacı olanlar üçün fondlara ayrılacaq. Pandemiya dövründə işlərini itirənlərin bu ilin martında başa çatan işsizlik sığortası sentyabra qədər uzadılacaq".