Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 21:57
Alimlər sağlamlıq üçün başqa spirtli içkilər əvəzinə şərab içməyi məsləhət görürlər. Şərab vaxtından əvvəl ölüm riskini azaldır, pivə və daha tünd alkoqoldan fərqli olaraq orqanizmə xeyirlidir.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bu, Qlazqo Universitetinin alimləri tərəfindən araşdırma zamanı əldə edilən nəticədir. Mütəxəssislər İngiltərədəki 300 mindən çox insanın sağlamlıq göstəricilərini təhlil ediblər. Tünd alkoqol sevənlərin şəraba üstünlük verənlərlə müqayisədə hər hansı bir səbəbdən 25%, ürək-damar ağırlaşmalarından isə 31% daha tez öldüyü ortaya çıxıb.
Eyni zamanda, alimlər yalnız spirtli içki qəbul edənlərin sağlamlıqlarını müqayisə etdiklərini qeyd ediblər. Onlar hesab edir ki, alkoqolun tamamilə rədd edilməsi sağlamlıq üçün daha faydalıdır.