Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əti bişirməzdən əvvəl yumayın - DİQQƏT

Əti bişirməzdən əvvəl yumayın - DİQQƏT

Tarix: 7 Fevral 2021 13:09

Mütəxəssislər bişirilməzdən əvvəl yuyulan ətin bakterial zəhərlənmələrə və xəstəliklərə səbəb olduğunu iddia edir.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, aparılan tədqiqatlara görə, yuyulan ətin üzərindəki bakteriyalar arasında çarpazlaşma gedir. Bu bakteriyalar ətrafa yayılıb, insan orqanizminə keçir və xəstəliklərə səbəb olur.

Belə ki, ət yuyulan zaman ətrafa yayılan mikroblar hansısa tərəvəzin üzərinə sıçradığı halda həmin tərəvəz çiy yeyildiyi zaman ciddi risklər yaradır.

İnsanların 32 faizi əti yuduqdan sonra əllərini düzgün şəkildə yumadıqları üçün mikrobların çarpaz şəkildə yayılması riski artır. Bu riski azaltmaq üçün ətin yuyulmaması tövsiyə olunur. Marketlərdə satılan ətin xüsusi paketlərdə müştərilərə təqdim olunduğu nəzərə alındıqda, o zaman ətin yuyulmasına ehtiyac qalmır.


Etiketlər:  Əti bişirməzdən əvvəl yumayın DİQQƏT


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ