Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2021 17:54
Dahi Lev Tolstoy 1891-ci ildə bir ingilis dərgisində "Ən möhtəşəm 100 kitab" başlıqlı siyahı görür, əsəbiləşir və özünün siyahısını hazırlamağa qərar verir. Az keçməmiş bunun çox da asan iş olmadığını anlayır. Lakin dahi yazıçı rus naşirlərindən birinə yazdığı məktubda onu ən çox təsirləndirən 45 kitabın adını qeyd edir.
Sonxeber.net Kulis.az-a istinadən bu siyahıdan 25 məşhur və tapılması nisbətən asan olan kitabların siyahısını təqdim edir.
Uşaqlıqda - 14 yaşına qədər
1. "Əhdi-ətiq".
2. "Min bir gecə" nağılları.
14-20 yaş arasında
3. Matta İncili.
4. "Etiraflar". J. J.Rosso.
5. "Yevgeni Onegin". Aleksandr Puşkin.
6. "Qaçaqlar". Fridrix Şiller.
7. Qoqolun çeşidli kitabları: "Vıy", "Şinel", "Nevski prospekti" və "Ölü canlar"
8. "Devid Kopperfild". Çarlz Dikkens.
9. "Zamanımızın qəhrəmanı". Mixail Lermontov.
20-35 yaş arasında
10. "Herman və Dorothea". Göte.
11. "Notr Damm qozbeli". Viktor Hüqo.
12. "İliada və Odisseya". Homer. (tərcümədən)
35-50 yaş arasında
13. "İliada və Odisseya". Homer. (yunancadan)
14. "Səfillər" Viktor Hüqo.
15. "Basretşir gündəlikləri". Entoni Trollop
16. "East Linne". Mrs. Henri Vud
17. Corc Eliotun romanları.
50-63 yaş arası
18. Bütün İncillər (yunancadan)
19. "Yaradılış kitabı" (İbranicədən)
20. "Tərəqqi və Yoxsulluq". Henri Corc.
21. "Düşüncələr". Blez Paskal.
22. Epiktet.
23. Konfutsi.
24. "Böyük təşəbbüslər". Eduard Şure
25. "Tao Te Çinq". Lao-tszı.