Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Myanmada on minlərlə insan çevrilişə etiraz edir

Myanmada on minlərlə insan çevrilişə etiraz edir

Tarix: 7 Fevral 2021 21:44

Myanmada on minlərlə insan xuntanın internetə tətbiq etdiyi blokadaya baxmayaraq şənbə günü küçələrə axışaraq bu həftə baş verən hərbi çevrilişi qınayıb və seçilmiş lider Aunq San Su Çinin azadlığa buraxılmasını tələb edib.

Ölkənin ən böyük şəhəri olan Yanqonda qəzəbli etirazçılar "hərbi diktator məğlub ol, demokratiya qalib gəl" şüarını səsləndirib, üzərində "Hərbi diktaturaya qarşıyıq" sözləri yazılan plakatlar nümayiş ediblər. Yoldan keçən insanlar onlara yemək və su veriblər.

İzdihamdakı çox sayda insan Suu Çinin noyabrın 8-də böyük səs fərqi ilə qələbə əldə edən Milli Demokratiya Liqası (NLD) partiyasının rəmzi olan qırmızı rəngdə paltarlar geyiniblər. Generallar seçki nəticəsini qəbul etməyi rədd edərək, səsvermənin saxtalaşdırıldığını iddia ediblər.

Minlərlə insan Yanqonun icra hakimiyətinə yürüş edib. Sürücülər siqnal veriblər, və əllərini pəncərədən çıxarraq üç barmaqlı salam veriblər. Etirazçılar da onlara salam verib. Bəziləri NLD-nin bayrağını və ya Suu Çinin şəklini nümayiş edib, rəqs ediblər.

Axşama doğru etirazçıların çoxu dağılıb. Lakin artıq beşinci gecədir, kakofoniya eşidilib. Belə ki, insanlar şəhərin bir çox rayonunda elektriyin kəsilməsinə etiraz etmək məqsədilə tavalar, qazanlara vuraraq səs çıxarıblar.

Myanmanın ikinci böyük şəhəri olan Mandalay və ordunun inşa etdiyi, dövlət qulluqçularının yaşadığı paytaxt Naypidavda da minlərlə insan küçələrə axışıb. Orada etirazçılar çevriliş əleyhinə şüarlar səsləndirib, Su Çinin sərbəst buraxılmasını tələb ediblər.

Etiraz aksiyası ilk nüamyişçilərin toplaşmağa başlamasından sonra internetin bloklanmasına rəğmən böyüməyə başlayıb. Dövlətə məxsus MRTV televiziya kanalı bütün günü ordunu tərifləyən görüntülər verib.

Müşahidəçi NetBlocks Internetə Nəzarət qrupu ölkə boyu internetin kəsildiyini və Twitterə bağlantının həmişəki ilə müqayisədə yalnız 16 faiz olduğunu bildirib.

Xunta şərh çağırışına cavab verməyib. Onlar müxalif səsləri boğmaq məqsədilə sosial mediaya qarşı təqiblərə başlayaraq, Facebook-dan sonra Twitter və Instagram-I da blok ediblər.

Facebook xuntanı sosial mediaya qarşı bloku qaldırmağa çağırıb.

Birləşmiş Millətlər Təşkilatının insan haqları idasəri Twitter-də bildirib ki, "internet və rabitə xidmətləri ifadə azadlığını və məlumata çıxışı təmin etmək üçün tam bərpa olunmalıdır."

Ordu başçısı Min Aunq Hlainq seçkisə saxtakarlığın olduğunu iddia edərək hakimiyyəti ələ keçirib, baxmayaraq ki, seçki komissiyası noybarda keçirilən səsəvermədə genişmiqyaslı pozuntuların olmadığını bildirir.

Xunta ölkədə bir illik fövqəladə vəziyyət elan edib və yeni seçkidən sonra hakimiyyəti ötürməyi vəd edib, amma bunu üçün vaxt qoymayıb.

Milli.Az


Etiketlər:  Myanmada on minlərlə insan çevrilişə etiraz edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ