Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İbrahimoviç klub karyerasında 500-cü qolunu vurdu

İbrahimoviç klub karyerasında 500-cü qolunu vurdu

Tarix: 8 Fevral 2021 11:46

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç klub karyerasında 500-cü qoluna imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, isveçli futbolçu bu uğura İtaliya A seriyasının 21-ci turunda "Krotone" ilə ev oyununda (4:0) nail olub.

39 yaşlı forvard matçın 31-ci dəqiqəsində fərqlənməklə 500-cü qolununin sevincini qeyd edib. 64-cü dəqiqədə isə Zlatan daha bir qol vurub və dublunu rəsmiləşdirib.

İbrahimoviçin klub karyerasında vurduğu qollar:

"Malmö" - 18
"Barselona" - 22
"Yuventus" - 26
"Mançester Yunayted" - 29
"Ayaks" - 48
"Los Anceles Qalaksi" - 53
"İnter" - 66
"Milan" - 83
"PSJ" - 156

Milli.Az


Etiketlər:  İbrahimoviç klub karyerasında 500 qolunu vurdu


RƏYLƏR