Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 19:46
Anadolu coğrafiyasında mürəkkəb hava şəraiti Türkiyənin bəzi bölgələrində təsərrüfatın idarə olunmasında ciddi çətinliklər yaradıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkənin şərqində yerləşən bəzi bölgələrdə, o cümlədən Muş, Şırnak və Bitlik vilayətlərindəki dağlıq ərazilərdə qarın hündürlüyü beş metri keçib. Yolları qardan təmizləmək böyük problemə çevrilib. Ağır texnika, eləcə də ekskavator və traktorlar belə yolları aça bilmir. Çox sayda kəndlə gediş-gəliş əlaqəsi kəsilib. Qar və güclü külək elektrik xətlərini davamlı olaraq zədələyir.