Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail əhalisinin yarıdan çoxu koronavirusa qarşı peyvənd olunub

İsrail əhalisinin yarıdan çoxu koronavirusa qarşı peyvənd olunub

Tarix: 8 Fevral 2021 20:32

İsrail dünyada əhalisinin yarıdan çoxunun koronavirusa qarşı peyvənd olunduğu ilk ölkədir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 8,9 milyon əhalisi olan İsrail dövlətində 5,54 milyon nəfər, yaxud əhalinin 62,4 faizi peyvənd edilib.

Beləliklə, İsrail vaksinasiya edilənlərin əhali sayı ilə nisbətdə payına görə dünyada liderlik edir. Bu göstərici üzrə ikinci yeri Birləşmiş Ərəb Əmirlikləri (44,79 faiz), üçüncü yeri Seyşel Adaları (40,49 faiz) tutur. Böyük Britaniyada əhalinin 18,95 faizi, ABŞ-da 12,84 faizi peyvənd olunub.

Vaksinasiya edilənlərin miqdarına gəlincə, hazırda liderlik Birləşmiş Ştatlara məxsusdur - 42 milyon nəfər. İkinci yerdə Çin (31,2 milyon nəfər), üçüncü yerdə isə Böyük Britaniya (12,6 milyon nəfər) gedir.

TASS agentliyinin hesablamasına görə, dünyada 131,9 milyon nəfər və ya planet əhalisinin 1,7 faizi peyvəndlənib.


Etiketlər:  İsrail əhalisinin yarıdan çoxu koronavirusa qarşı peyvənd olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ