Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 21:10
Bayden administrasiyası bütün Amerika ailələrinə qoruyucu maskalar göndərməyin mümkünlüyü məsələsini müzakirə edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hazırda COVID-19-a qarşı mübarizə qrupu həmin variantın mümkünlüyünü araşdırır, lakin hələlik qərar qəbul edilməyib.
Maskaların birdəfəlik istifadə üçün, yoxsa parçadan hazırlanmış olacağı və əgər bu təklif qəbul edilərsə, hər ailənin neçə maska alacağı da hələ dəqiqləşdirilməyib.
Bayden özünün prezidentliyinin ilk 100 günü ərzində Amerikada hamının maska taxmasını xahiş edib və federal idarələrdə, həmçinin ictimai nəqliyyatda maskasız hərəkəti qadağan edən bir neçə fərman imzalayıb.
Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru doktor Entoni Fauçi Baydenin koronavirus pandemiyasına münasibəti barədə dəfələrlə müsbət fikir söyləyib və qeyd edib ki, yeni administrasiya ilə işləyəndə özünü daha rahat hiss edir.