Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 09:54
Yeni “Redmi” smartfonu rekord ön kamera ölçüsü ilə fərqlənəcək. Bu barədə “GizmoChina” nəşrinin “Weibo” sosial şəbəkəsinə istinadən məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, Çin şirkətinin rəhbəri Lu Veybin “Weibo” hesabında “Redmi” şirkətinin smartfon üçün ən kompakt ön kamera kəsiyinə malik ön panel icad etməsini bildirib. Onun sözlərinə görə, beləliklə, yeni “Redmi K40” smartfonu ekranın qurğu korpusu sahəsinə maksimum göstəricisinə yaxın ölçüyə malik olacaq. “Xiaomi” şirkətinin tərkibinə daxil olan “Redmi” top-menecerinin sözlərinə görə, rekord ölçülü ön kamera üçün perforasiya sayəsində istifadəçinin diqqəti ön panelin əsas elementlərindən daha az yayınacaq. L.Veybin qabaqcıl qurğulara rəqib olacaq yeni smartfonun digər xüsusiyyətləri barədə məlumat verməyərək onun yaxın gələcəkdə nümayiş olunacağını qeyd edib.
Jurnalistlər vurğulayıb ki, hazırda ön kamera üçün ən kiçik kəsiyə malik smartfon “Vivo S5” modelidir. Qurğunun kəsiyinin ölçüsü 2,98 millimetr təşkil edir.
Bir müddət əvvəl verilən məlumata görə, “Redmi K40” 2999 yuan dəyərində qiymətləndiriləcək. Blogerlərin bildirdiyinə görə, model fevralın 25-də satışa çıxarılacaq. Smartfonun 120 giqahers görüntü yeniləmə tezliyi dəstəkli ekran və aktual “Snapdragon 888” prosessoru ilə təchiz ediləcəyi gözlənilir.
Nizam Nuriyev