Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 14:26
"Real"ın yarımmüdafiəçisi Eden Hazard aldığı zədələrdən danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Zədə aldığım zaman evdə qaldığım üçün şanslıyam. Ailəm bu vəziyyətdə mənə kömək edir. Bu dünyanın sonu deyil, çünki uşaqlarla vaxt keçirə bilərəm. Tək qalanda çətin ola bilər, amma ailəm məni dəstəkləyir.
Zədə aldığınız zaman çox şey edə bilərsiniz. Əlbəttə ki, daha sürətli sağalmaq üçün çalışa bilərsən, amma aldığım xəsarətlərin bərpa olunması üçün vaxt lazımdır. Yalnız gözləməli, çox çalışmalı və irəliləməliyəm.
Evdə olanda ailəmlə birlikdə vaxt keçirirəm".
Qeyd edək ki, Hazard zədələrdən əziyyət çəkir. Onun son olaraq fevralın 3-ü zədələndiyi bildirilib.