Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 23:16
Microsoft şirkəti ABŞ-dakı Prezident seçkilərindən sonra nəticələrə etiraz edən siyasətçilər üçün maddi dəstəyi ləğv etmək qərarına gəlib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, siyasətçilər üçün xüsusi ianə fondu yaradan Microsoft Kapitoliya binasının zəbt edilməsindən sonra yenidən düşünmək məqsədilə ianə siyasətini dayandırıb. Yeni qərarla ABŞ Prezident seçkisinin nəticələrini tanımayan və ABŞ-ın keçmiş prezidenti Donald Trampın tezisini dəstəkləyən Konqres üzvləri üçün vəsait ayırmamağa qərar verib.
Qeyd edək ki, Microsoft bu ianələri dayandıran yeganə böyük texnologiya şirkəti deyil. Bundan əvvəl Google da oxşar açıqlama vermiş və Konqres üzvlərini maliyyələşdirməyəcəyini bildirmişdi.