Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 05:08
Çex Respublikasının paytaxtı Praqada Azərbaycanın cüdo üzrə gənclərdən ibarət yığmasının da qatıldığı Avropa kuboku yarışı keçirilib.
Trend xəbər verir ki, cüdoçularımız beynəlxalq turnirdə 2 qızıl, 2 bürünc medal qazanıblar.
Təmsilçilərimiz Rövşən Əliyev (60 kq) və İmran Yusifov (+100 kq) bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olublar. Digər cüdoçularımız Rəşad Yelkiyev (60 kq) və Davud Abbaslı (66 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin