Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərin koronavirusun yeni ştammına yoluxma riski çox azdır

Bu şəxslərin koronavirusun yeni ştammına yoluxma riski çox azdır

Tarix: 10 Fevral 2021 08:48

Bakı. İlhamə İsabalayeva – Trend:

COVİD-19-a yoluxub sağalanlar və peyvənd olunanlar üçün virusun yeni ştammına yoluxma riski çox az olur.

Bunu Trend-ə həkim infeksionist Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, virus mutasiya olunsa belə, onun bu strukturu COVİD-19-un ana strukturuna, hətta 50 il əvvəlki virusun ana strukturuna bənzəyir:

“Hər hansı bir koronavirus növünə yoluxmuş insanlarda xəstəliyə yoluxma ehtimalı nisbətən azdır. Həmin şəxslər virusa yoluxsa belə, onun xəstəliyi ağır keçirmə ehtimalı daha azdır. Bu səbəbdən xəstəliyi keçirənlər, peyvənd olunanlar virusun yeni ştammına yoluxsalar da, orqanizmlərində əmələ gələn immunitet sayəsində onların xəstəliyi yüngül keçirəcəklərini düşünmək olar”.

F.Sədirov əlavə edib ki, orqanizmdəki antitellərin 3-6 ay ərzində qoruyuculuğunun olması barədə məlumatlar var. Bu müddətdən sonra anticisimlərin sayı azalmağa başlayır və təkrar yoluxma mümkündür.

F.Sədirov qeyd edib ki, uşaqlar risk qrupuna daxil olmadığından onların hələki peyvəndlənməsi lazım deyil.


Etiketlər:  şəxslərin koronavirusun yeni ştammına yoluxma riski çox azdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ