Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əbülfəz Elçibəyə Əli Kərimli qədər xəyanət edən ikinci bir şəxs tanımıram”

“Əbülfəz Elçibəyə Əli Kərimli qədər xəyanət edən ikinci bir şəxs tanımıram”

Tarix: 10 Fevral 2021 18:12

"Çox gənc yaşlarımdan siyasi proseslərə qoşulmuşam. Düz 25 ildir aktiv siyasətlə məşğulam. Azərbaycan siyasətində son 25 ildə baş verən siyasi proseslərin, hadisələrin canlı iştirakçılarından biriyəm".

Bunu Sonxeber.net-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Sədr müavini bildirib ki, Əli Kərimli bütün fəaliyyətini Elçibəyin partiya sədrliyindən devrilməsinə yönəltmişdi:

"Tam məsuliyyətimlə deyirəm, Əbülfəz Elçibəyə Əli Kərimli qədər xəyanət edən ikinci bir adamı tanımıram. Bu qara ləkə Əli Kərimlinin siyasi bioqrafiyasında heç zaman silinməyəcək. 16 yaşımda müxbir kimi fəaliyyətə başlamışam və qısa müddət sonra 1997-2000-ci illərə qədər Milli Məclisin parlament muxbiri kimi fəaliyyət göstərmişəm. O dövrdə Xalq Cəbhəsinin daxilində baş verən hadisələri də hər kəs görürdü. Elçibəyin müavini olan Əli Kərimlinin hakimiyyətlə gizli əməkdaşlığa getməsini siyasətlə məşğul olan hər kəs bilirdi. Təsəvvür edin, Əli Kərimlinin əlində 30-a yaxın media nümayəndələri var idi. Lazım olsa, o adamların bir-bir adlarını yaza bilərəm. Əli Kərimli bu adamlara hər ay maaş verirdi. Partiyanın daxilində özünün "Yurd" birliyini formalaşdırıb, maliyyə vasitəsi ilə müəyyən şəxsləri birliyə üzv edirdi. Elçibəyin partiyasında özünün alternativ qurumlarını təsis etmişdi. Təbii ki, qeyri-rəsmi olaraq. Rayon şöbələrində iki qanaq fəaliyyət göstərirdi. Elçibəyçilər və yurdçular. Bu kiməsə sirr deyil ki?

Əli Kərimli bütün fəaliyyətini Elçibəyin partiya sədrliyindən devrilməsinə yönəltmişdi. Bir xatırlatma edim. Elçibəy bütün baş verənlərdən məlumatlı idi və bir gün Elçibəy Əli Kərimliyə əsəbləşərək deyir ki, Əli Kərimli 50 yaşında da uşaq ağlında olacaq. Elçibəy deyib ki, insanda bir kefiyyət var ki, o, yaşla bağlıdır. Müdriklik. İnsan yaşlaşdıqca, müdrikləşir. Ancaq Əli Kərimli 50 yaşında da uşaq kimi qalacaq. Elçibəyin Əli Kərimli haqqında bu deyimindən təxminən 20 il keçib. Ancaq indi görürük ki, doğrudan da Əli Kərimli 50 yaşı keçsə də, uşaq olaraq qalıb. Elçibəyin bu adamın xəyanəti haqqında çox fikirləri var. Elçibəy Əli Kərimliyə xitabən deyirdi ki, "Əli Kərimli kimi sinəmdə ilan bəsləmişəm". Və yaxud da "Əli Kərimli bütün varlığı ilə hakmiyyətin əlindədir, bir barmağı mənim əlimdədir, onu da buraxsam, məhv olacaq". Kim Elçibəyin Əli Kərimli haqqında bu cür və bundan da sərt fikirlərini bilmək istəyirsə, Axundov adına kitabxanasına gedib, həmin dövrün mətbuatını oxusun.

Qeyd etdiyim kimi, Əli Kərimli əlində saxladığı mətbuat nümayəndələrinin böyük əsksəriyyətinin vasistəsilə Elçibəyə və ona sadiq şəxslərə qarşı kampaniya aparırdı. Təsəvvür edirsiniz, 2000-ci ildə Türkiyəyə müalicəyə gedən Elçibəyə Əli Kərimli özünün qəzeti olan "Məkan" qəzetində ən iyrənc yazılar dərc etdirmişdi. Bu gün o yazı haqqında danışmağı ayıb bilirəm. Bax, Əli Kərimlinin mahiyyəti budur. Bütün bu faktları istənilən bir jurnalist araşdıra bilər və mənim dediyim və Əli Kərimlinin Elçibəyə etdiyi digər dəhşətli xəyanətlərini görə bilər. O zaman Elçibəyin müavinləri olmuş, Fazil Mustafadan, Zəlimxan Məmmədlidən, Mirmahmud Mirəlioğlundan və onlarla şəxsdən bütün bunları dəqiqləşdirə bilərsiniz. Hər biri mənim dediklərimi təsdiq edəcəklər. İndi Əli Kərimli utanmadan özünü bütün müxalifət partiyalarının "lideri" kimi görür və Elçibəyin "müdafiəçisi" kimi cəmiyyətə sırımaq istəyir. O, gəncləri aldada bilər. Ancaq 20 il qabaq bütün bunların şahidi olan on minlərlə insanı aldada bilməz. Hər kəs də bilir ki, Əli Kərimlinin eks-prezident Əbülfəz Elçibəyin müdafiəsinə qalxması insanlarda ikrah hiss yaradır. Kərimli Elçibəyə xəyanət etmiş və onun ideyalarına naxələf çıxmış adamdır".

Təhməz Əsədov


Etiketlər:  Əbülfəz Elçibəyə Əli Kərimli qədər xəyanət edən ikinci şəxs tanımıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ