Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Visa" Azərbaycan və Mərkəzi Avropa üçün qlobal innovativ proqram işə salır

Tarix: 10 Fevral 2021 18:56

Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:

"Visa" şirkəti qlobal innovativ proqram və maliyyə-texnologiya şirkətləri üçün ideyalar müsabiqəsinə start verib.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, "Visa Everywhere Initiative 2021" müsabiqəsinə Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Azərbaycandan da namizədlər dəvət olunur. Regional müsabiqənin qalibləri ümumdünya müsabiqəsində iştirak etmək haqqı qazanacaq.

Regional müsabiqənin finalı bu il iyunun 8-də, ümumdünya müsabiqəsinin finalı sentyabrın 14-də nəzərdə tutulub.

Şirkətdən bildiriblər ki, müsabiqədə bütün dünyadan maliyyə-texnologiya şirkətləri iştirak üçün müraciət edə bilər.


Etiketlər:  Visa Azərbaycan Mərkəzi Avropa üçün qlobal innovativ proqram işə salır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ