Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-a qarşı immuniteti yarananlar da ''Britanıya ştammı''na yoluxa bilərlər

COVID-19-a qarşı immuniteti yarananlar da ''Britanıya ştammı''na yoluxa bilərlər

Tarix: 11 Fevral 2021 00:00

Dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə hələ müsbət nəticə əldə olunmamış, ötən ilin axırlarında Britaniyada aşkar olunan virusun yeni növü tibb aləmini yenidən təşvişə saldı. 75 faiz daha yoluxuculuq qabiliyyəti ilə seçilən "Britaniya ştammı" təkcə Krallıqda deyil, dünyanın bir sıra ölkələrində də sürətlə yayılır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Emin Məmmədov virusun yeni növü haqqında deyib: "Britaniya mutagen forması əvvəlki koronavirusdan daha yoluxucudur, yaşı 20-dən aşağı olanlarda daha ağır gedişli pnevmoniyalara səbəb ola bilir və yaşı 45-dən 70-dək olanlarda daha ağır gedişli olur. Aparılan vaksinasiya prosesinin yeni mutagen ştammlardan qoruyacağı hələ də sual altındadır. Lakin buna baxmayaraq, vaksinasiya prosesi kütləvi şəkildə davam etdirilməlidir, çünki pandemiyadan qurtulmağın yeganə yolu vaksinasiyadır".

Maraqlıdır ki, Almaniyada qocalar evinin sakinləri koronavirus infeksiyasına qarşı peyvənd olunsalar da, virusun "Britaniya ştammı"na yoluxublar. Bəlkə də vaksin olunmaları onları yeni ştammın ağır nəticələrindən qoruyur. Həkimlər bildirirlər ki, koronavirusa yoluxub sağalan 20 və daha aşağı yaş qruplarında olanlar, COVID-19-a qarşı immuniteti yarananlar da yeni ştamma yoluxa bilərlər.

Təkcə koronavirusun "Britaniya ştammı"na deyil, bütün viruslara qarşı əsas mübarizə metodu maska taxma, məsafə saxlamaq, dezinfeksiyaedici vasitələrdən istifadə etməkdir. "Koronavirusun mutasiya növlərindən asılı olmayaraq hər kəs daha diqqətli olmalıdır, çünki gələn mutagen forma daha aqressivdir, daha sürətli yoluxur və xəstəliyi daha ağır gedişlə müşahidə olunur. Ona görə maskanın taxılması, kütləvi toplaşmama və s. məsələlərə yenə də ciddi əhəmiyyət vermək lazımdır və qətiyyən arxayınlaşmaq olmaz", - deyə həkim-terapevt bildirib.

Virusun "Britaniya ştammı" ölkəmizdə hələ qeydə alınmasa da, əvvəlki kimi ayıq-sayıq davranmaq, infeksiyaya qarşı mübarizə tədbirlərini zəiflətməmək və "üç qızıl qayda"ya əməl etməyi bir an da olsun unutmamaq tələb olunur.


Etiketlər:  COVID qarşı immuniteti yarananlar Britanıya ştammına yoluxa bilərlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ