Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 17:06
ABŞ-Çin qarşıdurması həm hər iki ölkə, həm də dünya üçün fəlakət ola bilər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı deyib.
"Qarşıdurma mütləq bir fəlakət ola bilər, əməkdaşlıq isə hər iki ölkəyə və dünyaya böyük işlər görməkdə kömək edə bilər", - deyə Si Cinpin bildirib.
Çin lideri səhv mühakimələrdən qaçmaq üçün dialoq vasitələrini möhkəmləndirməklə bağlı çağırış edib.
Si Cinpin Çinin Tayvanla bağlı siyasətini suverenlik məsələsi kimi qiymətləndirib.