Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkmənistan Prezidenti oğlunu yeni vəzifəyə təyin etdi - FOTO

Türkmənistan Prezidenti oğlunu yeni vəzifəyə təyin etdi - FOTO

Tarix: 12 Fevral 2021 09:38

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı Baş nazirin müavini təyin edib. Bundan başqa, Sərdar Berdiməhəmmədov Ali Nəzarət Palatasına rəhbərlik edəcək və Dövlət Təhlükəsizlik Şurasının tərkibinə daxil olub.

Sonxeber.net qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Türkmənistan televiziyası xəbər verib.  

Qurbanqulu Berdiməhəmmədov vurğulayıb ki, yeni Baş nazir müavininin vəzifələri dövlət və ictimai quruculuq sisteminə, səhiyyə, təhsil, maliyyə və iqtisadiyyata rəqəmsallaşdırma və innovasiya texnologiyalarının tətbiqi olacaq.

"Mən Sərdar Berdiməhəmmədovu Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan Ali Nəzarət Palatasının sədri, Dövlət Təhlükəsizlik Şurasının üzvü təyin edirəm və onu sənaye və tikinti naziri vəzifəsindən azad edirəm", - Prezident deyib.

Respublikanın sənaye və tikinti naziri vəzifəsinə isə Baymırat Annaməmmədov təyin olunub.


Etiketlər:  Türkmənistan Prezidenti oğlunu yeni vəzifəyə təyin etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ